Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.