Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.