Paytaxt Madridin mərkəzində İspaniya hökumətinə qarşı keçirilən etiraz aksiyasında 30 mindən çox insan iştirak edir.

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb. 

Bildirilir ki, aksiya “İspaniya, demokratiya və konstitusiya naminə” şüarı altında keçirilir.

Etirazçılar İspaniyanın baş naziri Pedro Sançesi istefaya çağıran şüarlar səsləndirirlər. "Sançes həbsə!" və “Sançes diktator” deyə qışqırırlar.