Xətai rayonunda kafedə yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə Lütfi Zadə küçəsində yerləşən “ Narzan” kafesində qeydə alınıb.
Hadisə kafenin tüstü bacasında yağ qalıqlarının yanması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.