Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
"Unikal"
xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib. Hərəkətdə olan VAZ 21015 markalı minik avtomobili piyada, rayonun 3-cü Tala kənd sakini  55 yaşlı Güllər Əli qızı Əliyevanı vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan G. Əliyeva dünyasını dəyişib. 

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli