Zaqatalada zəncirvari yol qəzası olub, xəsarət alan var.

"Unikal" xəbər verir ki, hadisə yanvarın 22-dən 23-ə keçən gecə Zaqatala şəhəri H. Əliyev prospektində baş verib. Qəza zamanı “Niva”, “Hundai” və  “BMV” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəzadan sonra "Niva" markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Azad Azad oğlu Osmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Azad Osmanov əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verilib. Azad  Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli