2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra baş nazir seçilən Paşinyan tez-tez ictimaiyyət qarşısına çıxsa da, 44 günlük müharibədən sonra Paşinyan nəinki ictimaiyyətlə əlaqəni kəsib, həm də çoxlu sayda polisin müşayiəti ilə ətrafda gəzir.

"Unikal" xəbər verir ki, bu  barədə "Hraparak"  nəşri məlumat yayıb. 

KİV bildirir ki, zaman-zaman Paşinyan müxtəlif məmurlarla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını da dəyişir. Nəşrin məlumatına görə, 4 ay əvvəl Paşinyan bütün təhlükəsizlik işçilərini dəyişib. Buna səbəb isə məlumatların xaricə sızması olub.

Gülayə  Mecid