Tovuzda 59 yaşlı kişini maşın vururaq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964 -cü il təvəllüdlü Zülfüqar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Turaı Əhmədov