Türkiyəli sosial şəbəkə fenomeni Bahar Candan Beyaz TV-də yayımlanan "Söylemesem-Söyleme" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, canlı yayımda "Survivor" heyətində olmaq istədiyini deyən Bahar Candan Acun Ilıcalıya səslənib.
"Gəncliyimdə etdiyim səhvlər ola bilər, Acun məni bağışla, Şeymanı bağışladın, məni də bağışla. Çünki Survivora getmək istəyən sıradan bir məşhuram" deyib. Onun bu açıqlaması aparıcıların diqqətini çəkib. Məlum olub ki, Bahar uzun müddətdir ki, Acun Ilıcalı ilə küsülüdür.