"Kobra Murat" kimi tanınan roman müğənni Murat Divandis “Haber Global”də yayımlanan “Buket Aydınla üz-üzə” verilişinə qonaq olub.
"Unikal" xəbər verir ki, o, proqramda prezident Ərdoğanla görüşdüyü "2023 Roma Toplantısı" haqqında danışıb.
"Mənim əslində Ankarada konsertim var idi. Dövlət ağsaqqallarımız zəng edib "Prezidentimiz səni istəyir" dedilər. Mən "Gəlməyi çox istərdim, amma konsertim var" dedim. Amma "Səni mütləq istəyirlər" sözündən sonra konsertimi ləğv etdim və məmnuniyyətlə getdim. Mənə o qədər yaxşı davrandılar ki, prezidentimizlə 5-6 dəqiqə danışmaq fürsəti tapdım. Prezidentimiz mənə "Kobram" deyir, "Məni çox sevir və mən də onu çox sevirəm. O, Allahın nurudur", - deyə açıqlama verib.