Gəncədə 67 yaşlı kişi küçədə ölüb.

"Unikal"ın məlumatına görə, şəhərin Ruzigar Qasımov küçəsində 1956-cı il təvəllüdlü Eldar Babayevin qəfil halı pisləşib. 

Ona təcili tibbi yarım çağırılsa da, E.Babayevin öldüyü məlum olub. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.

Tural Əhmədov