Qayıdış qəsəbəsində yanğın olub
Füzuli rayonunun Qayıdış qəsəbəsində ev yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun 10 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, dəhlizinin, mətbəxinın və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.