Dünyaca məşhur 28 yaşlı müğənni Castin Biber bütün musiqi arxivini “Hipgnosis Songs Capital”a satıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, kanadalı ifaçı bunun müqabilində 200 milyon dollar məvacib alıb.

Müqaviləyə əsasən Biber 31.12. 2021-ci il tarixinədək yazdığı bütün mahnıları xalqa açıq məkanlarda ifa etdiyi zaman şirkətə pul ödəməli olacaq.