Meksikanın Azərbaycandakı səfirliyi Tehrandakı terror hadisəsi ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat səfirliyin “Twitter” hesabında qeyd edilib:
“Bu gün səhər saatlarında diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olan Azərbaycanın İrandakı səfirliyinin əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.