Bakıda kişi qazdan zəhərlənib.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, "Neftçilər" metrostansiyası yaxınlığında baş verib.

Burada 41 yaşlı Əliyev Rasim Nəbi oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.