Rusiyada işləyən Oğuz rayon sakini özünü öldürüb.
"Unikal" xəbər verir ki, hadisə Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verib.
Belə ki, Oğuz rayon Bucaq kənd sakini, 1988-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Məmmədov Dağıstan Respublikasının Mahaçqala şəhərində özünü asaraq intihar edib.
Qeyd edək ki, 35 yaşlı Ş. Məmmədov ailəli olub, uzun müddət Dağıstanda işləyib.
Seymur Əli