Oğuzda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün Oğuz şəhəri Cavanşir küçəsində baş verib. Belə ki, iki minik avtomobili toqquşub, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər  Şəki rayonu Baş Zəyzid kənd sakinləri, 1966-cı il təvəllüdlü Eldar Mürsəl oğlu Cəlilov və 1992-ci il təvəllüdlü Rövşən Kamal oğlu İbadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Oğuz RMX-da yaralılara lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli