Ağdaş rayonunun Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.