Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Məlumata görə B. İsayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov