Şəmkirdə sərxoş kişi ehtiyatsızlıqdan yıxılaraq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq xəstə dünyasını dəyişib.
Məlumata görə, B.Hacıyevin sərxoş halda yaşadığı evin 2 ci mərtəbəsindən (pilləkəndən) yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov