Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 28-i saat 23 radələrində Şəmkir rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının postunda Gəncə şəhər sakini Murad İbrahimovun idarə etdiyi “Toyota” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub.
M.İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub.