Cəlilabadda iki uşaq anası intihar edib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva öz ata evində tövlədə özünü asıb.
Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.
Faktla bağlı araşdırma aparılır.