Braziliyanın Xarici İşlər Nazirliyinin internet səhifəsində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə xain silahlı hücum barədə məlumat verilib.

"Unikal" xəbər verir ki, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhanın təşəbbüsü ilə XİN-nin internet səhifəsində, eləcə də müxtəlif xəbər saytlarında “Azərbaycanın İrandakı diplomatik missiyasına silahlı hücum olub, təhlükəsizlik xidmətinin rəisi qətlə yetirilib” sərlövhəli məlumat yayılıb. Xəbərdə 27 yanvar 2023-cü il tarixində törədilmiş terror aktı barədə ətraflı məlumat verilib.

Məlumatı daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür: 

https://brasiliainfoco.com/missao-diplomatica-do-azerbaijao-no-ira-sofre-ataque-e-chefe-de-seguranca-e-morto/

https://omundodiplomatico.com.br/missao-diplomatica-do-azerbaijao-no-ira-sofre-ataque-e-chefe-de-seguranca-e-morto/

https://radardigitalbrasilia.com.br/internacional/missao-diplomatica-do-azerbaijao-no-ira-sofre-ataque-e-chefe-de-seguranca-e-morto/