Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.
"Unikal" Bakupost-a istinadən xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.
Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.
Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.