Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, qanun 1 fevral 2023-cü ildən qüvvəyə minir.
Anar Kəlbiyev