Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməşdaşı - İradə Atai "Tərəqqi", Natiq Binnətov isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar.
"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həmin medalları əməkdaşlara təqdim edib.
Daha sonra Niyazi Bayramov dövlət qulluğunda uzunmüddət çalışan və təqaüd yaşına çatan əməkdaşlar Rəşid Əmiraslanova və İradə Ataiyə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.
Onlar da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xatirə şəkli şəkli çəkdirilib.