Şəmkirdə bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Kənd sakini 72 yaşlı Gültəkin Məmmədova yaşadığı evdə sobanın üzərinə yıxılıb. Nəticədə o, yanaraq ölüb. Hadisə vaxtı yaşlı qadın evdə tək olub. Onun gözdən əlil olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.