BMT Təhlükəsizlik Şurası (TŞ) fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə dünya təşkilatının bu qurumunun çərşənbə günü yaydığı iş proqramında deyilir.
İclasın mövzusu “Ukraynanın sülh və təhlükəsizliyinin qorunması” olaraq təyin olunub. Digər təfərrüatlar, o cümlədən iştirakçıların tərkibi barədə məlumat verilmir.
Fevral ayında BMT Təhlükəsizlik Şurasına sədrliyi Malta edəcək.