Qaxda qəza baş verib, sürücü dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında şəhərin H.Əliyev prospektində baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Yusifov Şövkət Mənəf oglu idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Ş.Yusifov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli