Avstriya dörd rus diplomatını persona non-qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi açıqlayıb.
Onlar fevralın 8-dən gec olmayaraq ölkəni tərk etməlidirlər.
"Rusiya səfirliyinin iki diplomatı diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər edib", - məlumatda deyilir. Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən daha iki rusiyalı da eyni mövzu ilə ittihamla ittiham olunur.
Ağarza Elçinoğlu