İsfahandakı Müdafiə Nazirliyinin obyektinə edilən hücuma görə İranın İsrailə uyğun gördüyü vaxtda cavab vermək hüququ var.
"Unikal" xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani deyib.
Bundan əvvəl İrəvani BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda İrandakı hərbi obyektə hücumda Təl-Əvivi günahlandırmışdı.
"Beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında İran İslam Respublikası milli təhlükəsizliyi qorumaq və İsrailin istənilən təhdid və ya pis davranışına, lazım bildiyi vaxt və yerdə qətiyyətlə cavab vermək üçün qanuni və ayrılmaz hüququnu özündə saxlayır", - diplomat bildirib.
Ağarza Elçinoğlu