
Çində mədəndə baş vermiş qaz püskürməsi nəticəsində 21 fəhlə ölüb, 4 nəfər isə itkin düşüb. Unikal.org-un “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qəza martın 12-də axşam saatlarında Quyçjou vilayətindəki “Maçan” mədənində baş verib. Hadisə baş verən an şaxtada 83 fəhlə olub, onlardan 58-i sağ-salamat yer üzünə çıxa bilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.