Qazaxda yanğın olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, Qazax rayonunun Ürkməzli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, 1 otağının tavanı 80 m² sahədə və qismən ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.