Sabirabad rayonunun Qaragüney kəndində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki, Sabirabad sakini Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Qaragüney kənd sakini İmanov Tahir Qurban oğlunu vurub.

Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.