Meksikanın Hidalqo ştatında yanacaqdoldurma məntəqəsində avtosisterni partlayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb. 

Hidalqo ştatının qubernatoru Xulio Mençaka hadisə qurbanlarının ailələrinə bütün zəruri yardımların göstərilməsi barədə göstəriş verib.