Cəlilabad rayonunun Privolnoye kəndində “Ford” və “MAZ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.