05.01.2023-cü il tarixində Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 20 km aralıda) aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.