Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi tövlə, 2-ci mərtəbəsi istifadəyə yararsız) yanar konstruksiyaları yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisindən həcmi 25 litr olan 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.