Bakıda Pakistan vətəndaşını maşın vurub öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Gecə saatlarında Cəfərov Fəxri Feyruz oğlu “Toyota Prius” markalı avtomobillə Yasamal rayonu, Salamzadə küçəsi ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, Pakistan vətəndaşı Jahangir Khanı vurub və nəticədə o hadisə yerində ölüb.
Fakta görə Yasamal RPİ-də cinayət işi başlanıb.