Şəkidə fərdi yaşayış evi yanıb.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi gecə saat 02:40-da rayonun Aşağı Göynük kəndində qeydə alınıb. Kənd sakini Şamil Seyidxan oğlu Babayevə məxsus, ümumi sahəsi 110 kv/m olan birmərtəbəli iki otaq və eyvandan ibarət fərdi yaşayış evində yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 90 kv/m-lik sahəsi və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.