Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, qəzada ölənlər 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasovadır. Xəsarət alanlar isə 1965-ci il təvəllüdlü Asiman Abuzərov, 1970-ci il təvəllüdlü Natiq Qasımov və 1964-cü il təvəllüdlü Mayıl Quliyevdir.

***

Tovuzda qəza olub, ölənlər və xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. İki avtomobilin toqquşması zamanı ölənlərin  və xəsarət  alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov