Laçın rayonunun Zabux kəndində yenidənqurma işləri aparılarkən evlərin birindən 3 ədəd əl qumbarası aşkar edilib.

Bu barədə "Unikal"a  DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qumbaralar rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.