Xəbər verdiyimiz kimi, bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.
"Unikal" xəbər verir ki, bloger hadisənin görüntülərini yayımlayıb. O bildirib ki, piyadaya heç bir xəsarət yetirməyib:
"Hadisə 2021-ci ilin sentyabrın 5-də olub. Bilib-bilmədən deyirlər, piyadanı vurub qaçıb. Baxın görün burada kim günahkardır? Mən bu şəxsi vurmuşam, yoxsa qəsdən maşına tərəf qaçıb? Yazırlar, oğlan nə gündədir. Mən heç vaxt hansısa canlını vurub qaçmaram".
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.