Sabirabad rayonunun Osmanlı kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli 2 otaqlı evin (tavanı qamışdan ibarətdir) 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, digər otağının tavanı qismən 10 m² sahədə yanıb.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.