Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib.
Belə ki, “Mercedes” markalı 50-EH-724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.
İlk dəydiyi “Opel” markalı 01-CE-467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.
Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hər 4 avtomobilə ciddi ziyan dəyib.