Cəlilabad şəhərində yanğın hadisələri baş verib.

FHN-dən "Unikal"a verilən məlumata görə, ümumi sahəsi 21 m² olan obyektin (çayxana kimi fəaliyyət göstərir) döşəməsi 2 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Cəlilabad şəhərində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.