Sahibsiz it 57 yaşlı kişiyə hucum edib. 

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında Şəki rayonunun Kiçik Dəhnə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamova kənd ərazisində sahibsiz it hucum edərək onun sol aşağı ətrafına xəsarət yetirib.

L. Adamov Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Seymur Əli