Tovuzda yağışlı hava qəzaya səbəb olub, xəsarət alanlar var

"Unikal"ın məlumatına görə, hərəkətdə olan "VAZ 2106" "VAZ  21099" və Toyoto Camry" markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov