Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

FHN-dən  "Unikal"a verilən məlumata görə, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.