Sumqayıtda 54 yaşlı kişi sükan arxasında ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Belə ki, Sumqayıtın ikinci giriş hissəsi hesab edilən "Saray körpüsü" adlanan avtomobil yolunda hərəkətdə olan minik vasitəsinin sürücüsü, Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Mikayılzadə Orxan Piri oğlu qəflətən özünü pis hiss edib və sükan arxasında dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı